Bakı şəhərinin 29 küçəsində avtobus zolaqları çəkilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, çəkilən avtobus zolaqlarının ümumu uzunluğu 84 km təşkil edir.
“Zolaqların çəkilməsi mərhələli qaydada həyata keçirilir. Və hər gün bu barədə ictimaiyyətə məlumat verilir”,- deyə agentlikdən bildirilib.