Rusiya yaxın günlərdə Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan nəqliyyat təyyarəsini Misirin Əl-Arişinə göndərəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Yaxın günlərdə Misir Hərbi Hava Qüvvələrinin Əl-Ariş aviabazasına Qəzza zolağının sakinləri üçün humanitar yük daşıyan İl-76 nəqliyyat təyyarəsinin uçması planlaşdırılır”, – RİA Novosti mənbəyə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Rusiya humanitar yardımı aviabazadakı Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə ötürüləcək.