Amerikalılar Ukraynada da çevriliş etdi, nəticə müharibə oldu – Bundestaqın deputatı Gürcüstana səsləndibackend

Amerikalılar Ukraynada da çevriliş etdi, nəticə müharibə oldu – Bundestaqın deputatı Gürcüstana səsləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda indi hadisələrin Ukraynada gördüyümüz kimi inkişaf etdiyini görürük və bu inkişaf təhlükəlidir.

NOCOMMENT.az Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu Bundestaqın deputatı Robert Farle Bundestaqın sessiyasında Gürcüstan məsələsinin müzakirəsi zamanı belə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkəyə inkişaf üçün külli miqdarda pul təklif edəndə, böyük vədlər verəndə, demokratiyadan danışanda hər şey belə başlayır.

“Mən bunu bu gün bir neçə dəfə Maykl Rot və başqalarından müşahidə etmişəm. Amma bu gün heç kim ondan danışmır ki, burada, bizim ətrafımızda, Avropa İttifaqında çox şeylər dağılır, korrupsioner rəhbərlik işləyir, sonra milli müstəqilliyinizi tamam itirirsiniz. Gürcüstanda bunu başa düşmək lazımdır. Ukraynada da başladı, sonra amerikalılar çevriliş etdi və nəhayət, müharibə ilə nəticələndi.

Mən bütün gürcülərin sülh, azadlıq və firavanlıq içində yaşamasını istəyirəm. Bu firavanlıq, sülh və azadlıq Almaniya ilə olduğu kimi Rusiya ilə də yaxşı münasibətə ehtiyac duyur. Rusiya iqtisadiyyatı 4,5 və ya 4 faiz artdığı halda, gürcülər Almaniyanın göstəricilərinin necə pisləşdiyini görürlər. Gürcülər bundan neytral olan və neytral qalmalı olan Şərqlə Qərb arasında körpü kimi istifadə edə bilərlər”. – Robert Farli dedi.