Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 11-də Almaniyaya edəcəyi səfərlə əlaqədar Berlində ciddi təhlükəsizlik tədbirləri görülür.
NOCOMMENT.az xəbər verir ki, Almaniya paytaxtının mərkəzindəki küçə və prospektlərdə, meydanlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Almaniya Prezidentinin iqamətgahı olan “Bellevue” sarayının və Federal Kanslerin ofisinin ətrafına hərbi texnika, xüsusi təyinatlı polis bölmələri, snayperlər cəlb edilib. Ukrayna Prezidentinin Berlində ziyarət edəcəyi Zəfər sütununun ətrafında da təhlükəsizlik tədbirləri gücləndirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində dəmir yolunun hərəkətində də ciddi məhdudiyyətlər tətbiq edilib. Dəmir yolu idarəsinin müraciətində “Zoologischer Garten” stansiyası ilə “Ostbahnhof” vağzalını birləşdirən xətt üzrə hərəkətin xeyli məhdudlaşdırılacağı bildirilib.