Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıbbackend

Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricə kapital axını fonunda Hindistan rupisinin dollar qarşısında məzənnəsi rekord dərəcədə aşağı düşüb.

NOCOMMENT.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, hazırda bir dollar ilk dəfə olaraq 84 rupidən baha satılır. Agentliyin məlumatına görə, ay ərzində xarici investorlar 5,7 milyard dollar dəyərində səhm satıb, istiqrazlardan xaricə vəsait axını isə 125 milyon dollar təşkil edib.

Rupi cari il ərzində mütəmadi olaraq zəifləməyə davam etsə də, mərkəzi bank valyutanın sabitliyini qorumağa çalışıb. Çərşənbə günü Hindistanın Ehtiyat Bankı “neytral” mövqe tutduğunu elan etdikdən sonra ölkənin aşağı faiz dərəcəsinə doğru irəliləməsi ilə bağlı ehtimallar güclənib.