Şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin ictimai təhlükəsini dərk etməyən və özünü idarə edə bilməyən şəxs anlaqsız hesab olunur və cinayət məsuliyyətinə cəlb olunmur. Bu qərar Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən verilir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Demokrat.az-a vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, Ə.Əhmədovun barəsində verilən tibbi xarakterli məcburi tədbirlər tamamilə ədalətlidir.
Onun qısa müddət ərzində müalicə alıb cəmiyyət içərisinə çıxması hazırda real görünmür.
Cəzaçəkmə müəssisəsində olması digər məhkumların həyatı üçün ciddi təhlükə ola bilər. Onun davranışlarından görünür ki, ciddi psixi pozuntuları var.
Onun uzun illər məcburi psixiatriya müəssisəsində qalması zəruridir. Onların arasında ömürlük psixiatrik müəssisədən buraxılmayan şəxslər var. Əhməd oradan çıxmaq üçün tam sağalmalıdır. Hazırkı vəziyyətini nəzərə alsaq onun nə vaxtsa azadlığa çıxması real görünmür.