Valideynlərini öldürüb cəsədləri ilə 4 il yaşadı – FOTObackend

Valideynlərini öldürüb cəsədləri ilə 4 il yaşadı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə valideynlərini öldürərək 4 il onların cəsədləri ilə yaşayan qadın həbs edilib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Virciniya adlı qadın 2019-cu ildə Esseksdəki evində atasını dərmanla, anasını isə çəkic və bıçaqla öldürüb.

Qətllər həkimin şübhələnməsi və polisin evə daxil olması ilə üzə çıxıb. Həbs olunduğu zaman cinayətini etiraf edən qadın “Cəzamı çəkməyim düzgün olardı” deyib.

Araşdırma zamanı onun qumar oyunlarının aludəçisi olması və valideynlərinin pensiyasından istifadə etməsi müəyyən edilib.

O, atasının meyitini yataq otağında hazırladığı müvəqqəti məzara qoyub, anasının cəsədi isə yuxu kisəsinə bükülərək qarderobda gizlədilib.

Valideynlərini amansızlıqla qətlə yetirən Virciniya 36 il həbs cəzasına məhkum edilib.