Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində “VAZ-2104” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilli toqquşub.
Qəza nəticəsində “VAZ 2104″ün sürücüsü, 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.\\sfera.az