Ölkələr diplomatik münasibətləri səfirliklər, nümayəndəliklər üzərindən tənzimləyir.
Azərbaycanda da bir çox ölkələrin səfirlikləri fəaliyyət göstərir. Səfirliklərin fəaliyyəti ilə bağlı beynəlxalq müstəvidə qəbul olunan bir sıra qaydalar var.
Səfirliklərin mühafizəsi, fəaliyyəti, hətta istifadə olunan diplomatik avtomobillərlə bağlı da müəyyən qaydalar var.
NOCOMMENT.az xəbər verir ki, cebhe.info bu dəfə səfirlərə məxsus avtomobillərə verilən dövlət nömrə nişanlarının mənasını təqdim edir.
Qəbul olunmuş beynəlxalq qaydalara görə, ölkə ərazisində fəaliyyət göstərən səfirliklərə verilən dövlət nömrə nişanlarının ilk rəqəmi həmin dövlətin müstəqilliyini tanıma sırasına görə verilir.
Cebhe.info ölkələrin Azərbaycanı tanıma sırasına uyğun olaraq səfirlərin avtomobil nömrələrinin ilk seriya nömrələrini təqdim edir:
Türkiyə – 001 (9 noyabr 1991), Estoniya – 002 (6 dekabr 1991), Rumıniya – 003 (11 dekabr 1991), Pakistan – 004 (12 dekabr 1991), Litva – 005 (20 dekabr 1991), İsveçrə – 006 (23 dekabr 1991), İran – 007 (25 dekabr 1991), İsrail – 008 (25 dekabr 1991), Böyük Britaniya – 009 (26 dekabr 1991), Macarıstan – 010 (26 dekabr 1991), Avstraliya – 011 (26 dekabr 1991), Birləşmiş Ərəb Əmirlikləri – 012 (26 dekabr 1991), Hindistan – 013 (26 dekabr 1991), Misir – 014 (26 dekabr 1991), Polşa – 015 (27 dekabr 1991), Çin – 016 (27 dekabr 1991), Xorvatiya – 017 (28 dekabr 1991), İndoneziya – 018 (28 dekabr 1991), Finlandiya – 019 (30 dekabr 1991), Səudiyyə Ərəbistanı – 020 (30 dekabr 1991), Liviya – 021 (30 dekabr 1991), Mərakeş – 022 (30 dekabr 1991), Belçika – 023 (31 dekabr 1991), Danimarka – 024 (31 dekabr 1991), Lüksemburq – 025 (31 dekabr 1991), Niderland – 026 (31 dekabr 1991), Yunanıstan – 027 (31 dekabr 1991), İspaniya – 028 (31 dekabr 1991), Yaponiya – 029 (31 dekabr 1991), İtaliya – 030 (1 yanvar 1992), Norveç – 031 (2 yanvar 1992), İraq – 032 (2 yanvar 1992), Fransa – 033 (3 yanvar 1992), Albaniya – 034 (4 yanvar 1992), Portuqaliya – 035 (7 yanvar 1992), Çexiya – 036 (8 yanvar 1992), Latviya – 037 (8 yanvar 1992), Almaniya – 038 (12 yanvar 1992), Bolqarıstan – 039 (14 yanvar 1992), Avstriya – 040 (15 yanvar 1992), İsveç – 041 (16 yanvar 1992), İslandiya – 042 (19 yanvar 1992), ABŞ – 043 (28 fevral 1992) və Vatikan – 044 (23 may 1992).
Qeyd edək ki, adıçəkilən ölkələr arasında Azərbaycanda səfirliyi olmayanlar var. Onlar nə zaman səfirlik açacaqlarsa, onlara da analoji qaydada nömrələr veriləcək.
Bildirək ki, ölkələrin Azərbaycanı tanıma tarixləri Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatları əsasında hazırlanıb.