Rusiya və İran hakimiyyəti Suriyaya İsraildən gələn hərbi təhdidlərin qarşısını almaq üçün daha çox kömək etməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyanın ərazi bütövlüyü üçün təhlükəli olan bu problemi həll etmək üçün Rusiya, İran və Suriyanın özünün daha təsirli tədbirlər görməsi son dərəcə vacibdir”, – deyə o bildirib.
Ərdoğan İsrailin Suriya ərazisini atəşə tutmasından sonra müvafiq açıqlama verib.
Hesya sənaye şəhərinin direktoru Amer Xəlilin sözlərinə görə, İsrail aviasiyası Suriyanın Homs əyalətində yerləşən İran mühəndislik zavoduna basqın edib.