İsrail BMT-nin baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (persona non-qrata) elan etmək qərarını dəyişməyi planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, bunu xarici işlər naziri İsrael Katz sosial şəbəkələrdə yazıb.
Diplomatın sözlərinə görə, onun qərarı Quterreşin İranın İsrailə raket hücumunu pisləməməsindən sonra verilib. Əhali arasında sorğu keçirəndən sonra məlum olub ki, israillilərin 87 faizi bu addımı dəstəkləyir.
“Quterreş BMT-də dəstək üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək”, – deyə o bildirib.