Finlandiya Rusiya ilə sərhəddə turizmi inkişaf etdirəcəkbackend

Finlandiya Rusiya ilə sərhəddə turizmi inkişaf etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hakimiyyəti ölkənin Rusiya ilə həmsərhəd olan şərq regionlarında turizmin inkişafı və müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün təxminən 7 milyon avro ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Nəşr qeyd edir ki, bu regionun yeni iş yerlərinə və xidmətlərə ciddi ehtiyacı var. Proqnozlara görə, yeni layihələr şərq sərhədi boyunca yerləşən şəhərlərdən əhalinin axınını azaldacaq, həm də onları yeni sakinlər üçün cəlbedici edəcək.

Xüsusilə, Rusiyadan gələn turistlər arasında əvvəllər məşhur olan İmatra şəhəri vəsaitin əsas hissəsini alacaq. Hökumət yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq və investisiya qoymaq üçün 4 milyon avro ayırmaq qərarına gəlib. Hakimiyyət ağac sənayesini qorumaq üçün Kareliya dəmir yolunun inkişafını zəruri hesab edir.

Finlandiyanın Yle teleradio şirkəti qeyd edib ki, Finlandiyanın şərqində işgüzar fəallıq Rusiyadan gələn turistlərin azlığı səbəbindən aşağı düşür. KİV-in məlumatına görə, bir çox şirkətlər, xüsusilə Finlandiyanın cənub-şərq sərhədi yaxınlığında, demək olar ki, tamamilə rusiyalı turistlərin hesabına mövcud olan şirkətlər də oxşar aqibətlə üzləşiblər.

Finlandiya 2022-ci il sentyabrın 30-dan rusiyalı turistlərin ölkəyə girişini məhdudlaşdırıb.