HƏMAS İsrailə hücum etməzdən əvvəl 17 min fotoşəkil əsasında planlar hazırlayıbbackend

HƏMAS İsrailə hücum etməzdən əvvəl 17 min fotoşəkil əsasında planlar hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin islamçı HƏMAS hərəkatı 17 mindən çox fotoşəkil əsasında 7 oktyabr 2023-cü ildə baş vermiş İsrailə hücum üçün üç plan hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Washington Post” İsrail hərbçilərinin HƏMAS komandanlıq məntəqələrində tapdıqları sənədlərə istinadən məlumat yayıb.

Qəzet yazır ki, “şəkillərə İsrail hərbi hava bazalarının və hərbi obyektlərinin maketləri, habelə Təl-Əvivdən kənarda Ben Qurion Beynəlxalq Hava Limanından istifadə edən kommersiya təyyarələrinin uçuş yollarını göstərən diaqramlar daxildir”.

HƏMAS üzvləri İsrail şəhərlərinin və mənzərələrinin peyk şəkillərini və fotoşəkillərini təhlil ediblər.

Planlardan biri də Tel-əvivdəki göydələnin məhv edilməsi idi. Sənəddə mümkün hədəflər kimi İsraildə ikinci ən hündür bina olan 70 mərtəbəli Moşe Aviva Qülləsi, həmçinin üç göydələn, böyük ticarət mərkəzi, qatar stansiyası və kinoteatrın yer aldığı Azrieli Center kompleksi müəyyən edilib. Planda həmçinin İDF-nin qərargah binasının yeri də qeyd olunur. Nəşr qeyd edir ki, HƏMAS yaxınlıqdakı hündürmərtəbəli binanın çökməsinin hərbi obyekti məhv edə biləcəyini güman edirdi.