Bu hallarda ailəyə görə əsgərlikdən möhlət verilir – Rəsmi AÇIQLAMAbackend

Bu hallarda ailəyə görə əsgərlikdən möhlət verilir – Rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir sıra şəxslərə ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən möhlət verilir.

NOCOMMENT.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a verilən açıqlamada sözügedən hallar açıqlanıb.

Bildirilir ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinin tələblərinə əsasən himayəsində I dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.