Qazaxda minaya düşən mülki şəxsin ayağı amputasiya olundu – YENİLƏNDİbackend

Qazaxda minaya düşən mülki şəxsin ayağı amputasiya olundu – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı olub.

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal-qara otaran zaman minaya düşüb.

 

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərərçəkmişin bir ayağı amputasiya olunub.

 

Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.