İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb.
NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, bəyanatda 2024-cü il İqtisadiyyat üzrə Nobel Mükafatı qurumların formalaşması və rifah üzərindəki təsirləri ilə bağlı araşdırmalarına görə türkiyəli Prof. Dr. Daron Acemoğlu, İngilis Prof. Dr. Simon Johnson və İngilis Prof. Dr. Ceyms Robinson qalib gəldiyi bildirilir.
Xatırladaq ki, Harvard Universitetindən amerikalı professor Klaudiya Qoldin qadınların iş qüvvəsində yeri ilə bağlı işinə görə 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatını qazanıb.