Sirkdə heyvanların nümayişi qadağan oluna bilər — AÇIQLAMAbackend

Sirkdə heyvanların nümayişi qadağan oluna bilər — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sirklərdə heyvanların nümayiş etdirilməsi qadağan oluna bilər. Dövlət Duması sirklərdə heyvanlardan istifadə olunmasının qadağan edilməsini müzakirə edəcək. Parlamentin aşağı palatasının ekologiya komitəsinin sədrinin birinci müavini Vladimir Burmatov “RİA Novosti”yə açıqlamasında söyləyib ki, problemin həlli yolu üzərində düşünmək lazımdır: “Sirklərdə heyvanların saxlanma şəraitinə dair tələbləri ciddiləşdirmək lazımdır”, – deyə Burmatov qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, dünyada bu məsələ uzun zamandır gündəmdədir:

“Dünyada heyvan haqlarını müdafiə edən cəmiyyətlər, təşkilatlar sirklərdə bu qadağanın tətbiqini çoxdandır irəli sürüb. Zooparklarda və sirklərdə heyvanların nümayiş etdirilməsinin heyvan haqlarının tapdanması olduğunu düşünürlər. Bəzən sirklərdə heyvanları əhliləşdirmək üçün zorakı metodlardan istifadə edirlər. Bu barədə faktları oxuyanda həqiqətən də heyvan haqları müdafiəçilərinə haqq vermək olur. Səbəb nə olursa, olsun heyvanlara işğəncə edilməsi yolverilməzdir və bunu edənlər cəzalandırılmalıdır. Amma sirkdə hər hansı nümayiş üçün heyvana əziyyət verilmirsə və heyvan özü də hər hansısa hərəkətləri edərkən əylənirsə, bunu heyvan haqlarına zidd bir addım hesab edə bilmirik. Bəzən biz özümüz də əyləncə məqsədilə itimizin, pişiyimizin maraqlı görüntülərini çəkirik.Hevanların zorakılıq gördüyü və görmədiyi sirk nümayişləri var.

Ümumilikdə isə sirkdə hansısa heyvan zərər görürsə, bu nümayişə ehtiyac yoxdur. Biz sirkə ona görə gedirik ki, övladlarımız heyvanları görsünlər, ölkəmizdə mövcud olmayan heyvanlar haqqında da məlumatlı olsunlar. Zooparklarda da heyvanların təbiətdən qoparılıb uyğun olmayan yerdə saxlanılması heyvansevərlər tərəfindən hiddətlə qarşılanır. Əgər zooparklarda heyvanların azadlığı çox qısıtlanırsa, bu halda onları orada saxlamaq da düzgün deyil”.