Tramp seçkilər zamanı ordudan istifadə edəcəkbackend

Tramp seçkilər zamanı ordudan istifadə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp noyabrda keçiriləcək seçkilər zamanı ordudan istifadə edə bilər.

 

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsində deyib.

 

Tramp bildirib ki, Milli Qvardiyanın üzvlərindən və ya hərbçilərdən solçu qüvvələrə qarşı mübarizədə istifadə etməyi planlaşdırır.

 

Onun sözlərinə görə, daxili düşmənlər xarici təhdidlərdən daha təhlükəlidir: “Məncə, daxildəki düşmən Çin, Rusiya və bütün bu ölkələrdən daha təhlükəlidir”.

 

Kamala Harrisin bu sözlərə reaksiyası gecikməyib.  O, Trampın təhlükəli bir şey təklif etdiyini və onun prezidentliyə qayıtmasının riskli olacağını bildirib.