İsrailin baş naziri Benyamin Netanyahu italiyalı həmkarı Giorgia Meloni ilə telefon danışığında Livan-İsrail sərhədində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına vurduğu “hər hansı bir zərərdən” təəssüfləndiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Netanyahu “X” sosial şəbəkəsində yazıb.
“UNIFIL (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri) personalına dəyən hər hansı zərərə görə təəssüfləndiyimizi ifadə edirik”, – Netanyahu bildirib.
Söhbət İsrail hərbçilərinin Livandakı BMT sülhməramlı korpusunu atəşə tutmasından, nəticədə iki italyan əsgərinin yaralanmasından gedir.