Avropa İttifaqı (Aİ) ölkələri Ukraynanın vəziyyəti getdikcə pisləşdiyi üçün ona yardımı artırmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.
“Vəziyyət getdikcə pisləşir (…) Biz yardımı artırmalıyıq, yeganə yol budur”, – Avropa diplomatiyasının rəhbəri bildirib.
Borrell Ukraynada vəziyyətin pisləşdiyini açıqlayıb və assosiasiya ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına qədər Aİ-ni yardımı artırmağa çağırıb. O, həmçinin Kiyevə hərbi yardımın qarşısının alınması və hava hücumundan müdafiə sistemlərinin təchizatının artırılması planlarından danışıb.