Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır – Son qiymətlərbackend

Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır – Son qiymətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.


NOCOMMENT.az
xəbər verir ki, son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,3 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,5 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.

Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.

Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram – 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.

Onu da qeyd edək ki, marketlərdə xaricdən idxal olunan un yerli un ilə müqayisədə daha baha satılır. Belə ki, marketlərdə idxal unun 1 kiloqramının orta satış qiyməti 1 manat 70 qəpik təşkil edir. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana gətirilən unun 1 kiloqramın orta gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) 49 qəpik (29 sent) olub.