2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.
NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vahe Kazaryan açıqlayıb.
O deyib ki, hazırda polis əməkdaşlarının attestasiyası prosesində analoji halların müəyyən edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrdən istifadənin müəyyən olunması məqsədilə testlərə cəlb edilirlər.