Uşağını Antalya hava limanında qoyan rusiyalı qadın Türkiyədə saxlanılıbbackend

Uşağını Antalya hava limanında qoyan rusiyalı qadın Türkiyədə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti Antalya hava limanında yeni doğulmuş körpəsini qoyan rus qadını saxlayıb və ona qarşı cinayət işi açıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Antalyadakı Baş Konsulluğundan verilən məlumata görə, qadının anası da saxlanılıb.

“Baş Konsulluğa daxil olan məlumata görə, Antalyada oktyabrın 13-də yerli hava limanında uşaq dünyaya gətirərək onu binalardan birində qoyub, daha sonra Rusiyaya uçmaq niyyətində olan 2006-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Körpənin hava limanının əməkdaşları tərəfindən aşkarlanmasından sonra həmin rusiyalı qadın və onun anası yerli səlahiyyətli xidmətlər tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb”, – deyə diplomatik nümayəndəlikdən bildirilib.

Hazırda diplomatların verdiyi məlumata görə, “yeni doğulmuş uşaq və ana Antalyada tibb müəssisəsindədir”. “Orada Baş Konsulluğun əməkdaşı onlara baş çəkib, ruslara lazımi yardım göstərilir, onların səhhəti təhlükədə deyil, Rusiya Baş Konsulluğu uşaq üçün müvafiq sənədləri hazırlamaq üçün tədbirlər görür, bu vəziyyəti prioritet nəzarətdə saxlayır və Türkiyə tərəfi ilə əməkdaşlıq edərək belə hallarda lazımi konsulluq funksiyalarını yerinə yetirir”, – deyə konsulluqdan bildirilib.

NTV-nin daha əvvəl xəbər verdiyi kimi, yeni doğulmuş körpə hava limanında əlillər üçün tualetdə təmizlikçi tərəfindən tapılıb. O, təhlükəsizlik və polis çağırıb. Araşdırma zamanı uşağın orada rus qadın tərəfindən tərk edildiyi müəyyən edilib. O, başqa bir qadınla birlikdə tez bir zamanda pasport nəzarətindən keçməyə çalışsa da, onlar tez saxlanılıblar. Yeni doğulan körpəyə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya göndərilib.