ABŞ və Çin arasında Tayvan üzərində birbaşa hərbi toqquşma dünyada böyük geosiyasi riskə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Tayvan üzərində ABŞ-Çin toqquşması yenidən dünyanın ən böyük geosiyasi risklərindən birinə çevrilib, müdafiə analitiklərinin fikrincə, Çin və ABŞ qoşunları Tayvan üzərində toqquşa bilər”, – deyə nəşr yazıb.
Agentlik ABŞ və Çin qoşunları haqqında məqaləni müvafiq xəritə ilə müşayiət edib ki, bu da ABŞ-ın ÇXR-dən ən yaxın hərbi bazalarının “Taypeydən təxminən 400 mil aralıda” Okinavada olduğunu göstərir.
Bundan əlavə, agentlik adı açıqlanmayan çinli diplomatın 2017-ci ildə ABŞ hərbi gəmisinin Tayvanda yanaşmasının “hücum üçün əsas” ola biləcəyini dediyi sözlərini xatırladır.
“Bloomberg”ə görə, Tayvan Amerikanın himayəsi altında inkişaf edib, yarımkeçiricilər və digər yüksək texnologiyalı malların mühüm təchizatçısına çevrilib. Ada üzərində təsir mübahisəsində bu amil üstünlük təşkil edir.