Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə N.Tusi küçəsi 43 ünvanında qeydə alınıb.
1997-ci il təvəllüdlü İsmayılov Emil İslam oğlu binanın 6-cı mərtəbəsinə çıxaraq özünü atıb.
O, aqonal vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.