“Daxili problemlər ABŞ-nin digər dövlətlərə dəstəyini dayandırmasına səbəb olmamalıdır”.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd vitse-prezident Kamala Harris “iHeartRadio”ya müsahibəsində deyib.
Belə ki, müsahibə zamanı Harrisə “kəskin daxili problemlərə baxmayaraq, ABŞ niyə başqa dövlətlərə kömək edir?” sualı ünvanlanıb.
O bildirib ki, Amerika hər birini edə bilər və edir:
“Mən çox qətiyyətlə bildirirəm ki, Amerika heç vaxt dünya lideri kimi məsuliyyətindən yayınmamalıdır və bu, amerikalılar olaraq hər birimizin milli təhlükəsizliyimizin və dünyada mövqeyimizin ən yaxşı mənafeyinə uyğundur”,-Harris qeyd edib.