Çətənə yağının misilsiz faydalarıbackend

Çətənə yağının misilsiz faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çətənə yağı unikal tərkibə malik olan yağlardandır. Çətənə yağının bioloji qiyməti misilsizdir. Bu yağın faydalı təsiri çox böyük olmasına baxmayaraq o, istifadəsi unudulmuş yağlardandır. Belə ki, son illər bu yağdan demək olar ki, istifadə edilmir. Bunun səbəbi isə çətənə kollarının yetişməsinə icazə verilməməsidir. Çətənə yağı nadir hallarda əldə oluna bilən yağlardandır.

Çətənə yağının tərkibi doymamış yağ turşuları və doymamış turşularla zəngindir. Soyuq sıxılma yolu ilə əldə edilmiş çətənə yağı öz tərkibindəki kimyəvi maddələrin tərkibini itirmir. Onun tərkibində linolen, olein, stearin, palmit, A, B qrup, K vitaminləri, aminturşuları və mikroelementlər var. Çətənə yağının tərkibində olanlar orqanizmə xərçəng əleyhinə təsir bağışlayır. Çətənə yağının bir çox xəstəliklərin müalicə və profilaktikasında rolu böyükdür. O orqanizmə aşağıdakı təsirlərə səbəb olur.

Ürək-damar sistemi

NOCOMMENT.az immunitet.az-a istinadən bildirir ki, çətənə yağının tərkibində olan Omeqa3 və Omeqa6 yağı olduğuna görə o qanda və qan damarlarında olan xolesterinin miqadarını azaldır, damarlarda olan şlakları təmizləyir və qan dövranının yaxşılaşmasına səbəb olur. Onun tərkibində olan E, C, B6 vitaminləri, kalium, maqnium, marqanes, ürək əzələsini və ürək damarlarını möhkəmləndirir. Davamlı olaraq çətənə yağından istifadə etmək atereskleroz əlamətlərini azaldır, işemik xəstəliklərin, tromboflebitin, varikozun, insultun , infarktın əmələ gəlməsinin qarşısını alır.

Qan dövranı sistemi

Çətənə yağının tərkibində olan xlorofill, sink, dəmir və s. minerallar qan hüceyrələrinin sintezində mühüm rol oynayır. Anemiya zamanı çətənə yağından istifadə etməkdə fayda var.

Tənəffüs sistemi

Astma və tənəffüs sisteminin infeksiya xəstəlikləri zamanı çətənə yağından istifadə eləmək orqanizmə müalicəvi təsir göstərir. Onun müalicəvi təsirlərinin olması XX əsrin 90-cı illərində öz təsdiqini tapıb. Bronxit, pnevmoniya, yuxarı tənəffüs yollarının kataral xəstəlikləri, bronxektaziya, vərəm, astma və pnevmoniya xəstəlikləri zamanı çətənə yağından istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.

Həzm sistemi

Davamlı olaraq çətənə yağından istifadə etmək həzm sisteminin normallaşmasına səbəb olur. Onun yüngül sakitləşdirici, ağrıkəsici, iltihab əleyhinə, yarasağaldıcı qabiliyyətə malik olması həzm sisteminə müsbət təsir bağışlayır. Ondan istifadə eləmək kolit, enterekolit, babasil, xolisistit əlamətlərinin azalmasına səbəb olur. O bağırsaqların yaxşı işləməsinə və qəbizliyin aradab qalxmasına səbəb olur.

Dəri

Dəridə əmələ gələn yaraların tez sağalması üçün çətənə yağı ilə kompres qoyduqda xəstəlik əlamətləri aradan qalxır. Çətənə yağı dəridə olan səpgilərin, iltihabi xəstəliklərin, qızartıların, sıyrıqların sağalmasını sürətləndirir.

Hərəkət-dayaq sistemi

Çətənə yağının tərkibində olan alfa-linolin yağı orqanizm tərəfindən kalsiumun sorulmasını sürətləndirir və sümüklərin bərkiməsinə, osteoporozun aradan qalxmasına, artroz, artrit əlamətlərinin azalmasına səbəb olur. Sümük sınmaları zamanı çətənə yağından istifadə etmək sınan nahiyələrin tez bir zamanda bitişməsinə səbəb olur. Çətənə yağı maddələr mübadiləsinin yaxşılaşmasına, sidik sistemi üzvləri xəstəliklərinin sağalmasına, immunitetin yüksəlməsinə səbəb olur.

Çətənə yağı qadınlarda klimateriya əlamətlərinin azalmasına və aybaşıönü əlamətlərin aradan qalxmasına səbəb olur. Ondan istifadə eləmək mastopatiya əlamətlərinin azalmasına və aradan qalxmasına səbəb olur.

Çətənə yağından davamlı olaraq istifadə etmək kişilərdə cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Bu kişilərdə prostat vəzi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.

Yağın istifadə edilmə qaydası

Çətənə yağının müalicəvi faydasının görmək üçün onu gündə 2-3 dəfə 1 çay qaşığı olmaq şərti ilə yeməkdən sonra qəbul etmək lazımdır. Bu qayda ilə yağdan istifadə edildikdə 2-3 həftə ərzində onun müalicəvi faydasını görmək mümkün olur. İmmuniteti yüksəltmək üçün 3 həftə bu qayda ilə çətənə yağı içmək lazımdır.

Babasil xəstəliyində pambıq tamponu çətənə yağına batırıb düz bağırsağa qoymaq və gecə boyu saxlamaq lazımdır. Dəridə kəsiklər və ya sıyrıntılar olduqda çətənə yağını yara yerinə sürtüb bağlamaq lazımdır.

Qızılca və məxmərək zamanı çətənə yağını dəridəki qızartıların üstünə kompres şəklində qoymaq lazımdır.

Radikulit tutmaları zamanı belin ağrıyan hissəsinə çətənə yağı sürtmək lazımdır.

Qəbizlik zamanı çətənə yağı əlavə edilmiş ilıq su ilə imalə etmək bağlırsaqların boşalmasını sürətləndirir.

Kosmetologiiyada istifadəsi

Kosmetologiyada çətənə yağının qidalandırıcı və regenerasiyaedici xüsusiyyətlərindən istifadə edilir. O dərinin dərin qatlarına nüfuz etmək qabiliyyətinə malikdir. Onu dəriyə sürtdükdə dəialtı kapilyarların fəaliyyətini yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir. Onu quru saçlara və quru dəriyə tətbiq etdikdə onların strukturu normallaşır və yağlılıq əlamətləri aradan qalxır.

Çətənə yağının zərərli xüsusiyyətləri

Psixoloji narahatçılığı və əsəb sistemində çatışmazlıqları olanlara çətənə yağından istifadə edərkən həkimlə məsləhətləşmələri lazımdır.