Siyarto “Sülh Dostları” qrupunun yaradılmasının məqsədini açıqlayıbbackend

Siyarto “Sülh Dostları” qrupunun yaradılmasının məqsədini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər naziri Siyarto “Sülh Dostları” qrupunun yaradılması məqsədini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

“Bunun məqsədi dünyaya əksər ölkələrin sülh tərəfdarı olduğunu göstərməkdir. Ümid edirik ki, “Dünyanın Dostları” qrupu böyük olacaq, güclü olacaq, dünyanın səsini eşitdirəcək”, – deyə Siyarto RİA Novosti-yə müsahibəsində bildirib.

O, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra atmosferin dəyişəcəyinə və sülhyönümlü yanaşmanın üstünlük təşkil edəcəyinə ümid etdiyini bildirib.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ölkə nümayəndələri bütün forum və platformalarda Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin zəruriliyindən danışmağa davam edirlər.