Macarıstanın Wizz Air aviaşirkəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar 2025-ci ilin yanvar ayına qədər Təl-Əvivə və oradan uçuşları dayandırdığını elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bölgədəki mövcud vəziyyətə görə Wizz Air 2025-ci il yanvarın 14-ü daxil olmaqla, Təl-Əvivə və oradan uçuşları müvəqqəti olaraq dayandırır”, – deyə məlumatda bildirilir.