Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri ilə bağlı QƏRARbackend

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri ilə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri, 1972-ci il təvəllüdlü Bəhram Rüstəmovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb.

 

Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.

 

Cinayət materiallarında qeyd edilib ki, sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay həbs cəzası verilib.