Bakıda torpaq sürüşməsi oldubackend

Bakıda torpaq sürüşməsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.


NOCOMMENT.az
xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

Məlumata görə, Xətai rayonu ərazisində baş verən sürüşmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

“Ərazidə araşdırma və monitorinq aparılır, nəticələr barədə məlumat veriləcək”, – idarə heyətinin sədri bildirib.

O, həmçinin qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə edilir.