“One Direction” musiqi qrupunun üzvü Liam Peyn 31 yaşında vəfat edib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi balkondan yıxılaraq dünyasını dəyişib.
O, Argentinanın paytaxtı Bunos-Ayresdəki “Casa Sur Palermo” otelinin üçüncü mərtəbəsinin eyvanından yıxılılıb və hadisə yerində ölüb. Məlumata görə, bundan bir qədər əvvəl polis hadisə yerinə müğənninin “narkotik və ya alkoqolun təsiri altında ola biləcək aqressiv şəxs”ə görə çağırılıb.
Amerikanın TMZ portalı yazır ki, Liam Peyn otelin lobbisində qeyri-adekvat davranıb. Polis hazırda faktla bağlı araşdırma aparır. İlkin versiyaya görə, Peyn özünü binadan atıb.
Müğənninin çox sayda pərəstişkarı faciə yerinə toplaşıb. Onun müğənni Şeril Kouldan 7 yaşlı oğlunu var. Peyn 2010-cu ildə Britaniyanın “X-Factor” istedad şousu sayəsində məşhurlaşıb. O, “Drag Me Down”, “What Makes You Beautiful” və “Story Of My Life” kimi hitləri olan “One Direction” qrupunun üzvü idi. 2017-ci ildən etibarən Peyn solo karyerasına başlamağa çalışıb, lakin uğursuz olub. Bu, onun psixoloji problemlərinə səbəb olub, narkotik və alkoqol aslılığı yaradıb.