Gürcüstan parlamenti Aİ-ni ölkədəki seçkilərə müdaxilədə ittiham edibbackend

Gürcüstan parlamenti Aİ-ni ölkədəki seçkilərə müdaxilədə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hakimiyyəti Avropa İttifaqını (Aİ) siyasətçilərinin seçkilər və ümumilikdə ölkədəki vəziyyətlə bağlı bəyanatlarını seçki prosesinə müdaxilə kimi qiymətləndirir.

NOCOMMENT.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin rəhbəri Maka Boçorişvili deyib.

“Başqa ölkələrin siyasətçiləri və liderləri Gürcüstanda kimin hakimiyyətdə olması barədə bu qədər danışanda bu, anormal vəziyyətdir. Bu yaxınlarda Litvada seçkilər keçirildi, lakin Gürcüstandan olan siyasətçilərdən Litvada kimin hakimiyyətdə olması barədə heç bir açıqlama verilmədi”, – o vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Gürcüstana xəbərdarlıq etmək niyyətindədirlər.

Əlvə edək ki, Tbilisi 2023-cü ilin sonunda Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb, lakin hakim “Gürcü arzusu” partiyasının ritorikası və hərəkətləri Avropa paytaxtlarında narahatlıq doğurur.