Litva prezidenti Qərblə Ukrayna arasında münasibətlərdən məyus olubbackend

Litva prezidenti Qərblə Ukrayna arasında münasibətlərdən məyus olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələrinin iki sammitində Şimali Atlantika Alyansı ardıcıl olaraq Ukraynaya dəstək üzrə tam konsensus əldə edə bilməyib, Qərb Kiyevə yardım məsələsində tərəddüd edir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda deyib.

“Mən Vilnüsdəki NATO sammitini xatırlayıram, Vaşinqtondakı NATO sammitini xatırlayıram – konsensusa gələ bilmədik. Zelenskinin planının üçüncü bəndi konkret növ silahların, uzaqmənzilli raketlərin və s. tədarükü ilə bağlıdır. Yenə də tərəddüd edirik”,- deyə dövlət başçısı qeyd edib.

Bundan əvvəl Nauseda Vladimir Zelenskinin “qələbə planı”nda yeni heç nə görmədiyini, çünki bu plan Aİ və NATO ölkələrinin uzun müddətdir həyata keçirməkdə tərəddüd etdiyi məqamlardan ibarət olduğunu bildirib.