Malayziya BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyibbackend

Malayziya BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya BRICS ölkələrinə təşkilata qoşulmaq niyyətini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bernama agentliyi krallığın investisiya, ticarət və sənaye nazirinin müavini Lyu Çin Tonqa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən BRİKS-in doqquz ölkəsinin xarici işlər nazirlərinə rəsmi məktublar göndərərək Kuala-Lumpurun assosiasiyaya üzv olmaq niyyətini təsdiqləyib. O qeyd edib ki, BRICS-in Kazanda keçiriləcək sammitində “Malayziyanın yüksək səviyyəli nazirlərindən” biri iştirak edəcək. “Bu, BRİKS liderlərinin dəstəyini almaq üçün əla fürsətdir”, – nazir müavini əlavə edib.

Onun fikrincə, bu, BRİKS-in neytrallıq və çoxtərəflilik siyasətini daha da gücləndirəcək.