Siyarto: Ukraynanın NATO-ya daxil olması dünya müharibəsinə gətirib çıxaracaqbackend

Siyarto: Ukraynanın NATO-ya daxil olması dünya müharibəsinə gətirib çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan hesab edir ki, Ukraynanın NATO-ya daxil olması qırmızı xəttdən kənardadır, çünki bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto milli parlamentin Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.

“Ukrayna Şimali Atlantika Alyansına üzv olarsa, dünya müharibəsi başlayar”, – deyə o vurğulayıb.

Siyarto qeyd edib ki, Macarıstan hökuməti Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün avropalı hərbi təlimatçıların Ukraynaya göndərilməsinin əleyhinədir.

“Tarixdən xatırlayıram ki, çox vaxt pis hadisələr məhz münaqişə yerinə başqa dövlətlərin hərbi müşavirlərinin gəlməsi ilə başlayırdı, ona görə də biz bunu dəstəkləmirik”, – nazir izah edib.