2025-ci il yanvarın 1-dən Ermənistan sərhədçiləri İranla sərhəddəki keçid məntəqəsində xidməti tam şəkildə nəzarətə götürəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Ermənistan-İran sərhədinin keçid məntəqəsində uzun illər göstərdiyi xidmətə görə Rusiyaya təşəkkür edib.
Qeyd edək ki, İstanbulda “3+3” platformasının iclası keçirilir./Globalinfo.az