Berlində İsrail səfirliyi yaxınlığında törədilən terror aktının qarşısı alınıbbackend

Berlində İsrail səfirliyi yaxınlığında törədilən terror aktının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hüquq-mühafizə orqanlarının Berlində terror aktının qarşısını aldığı iddia edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Nəşr qeyd edir ki, Federal Kriminal Polis Departamentinin xüsusi təyinatlıları və əməliyyatçıları İsrail səfirliyinə terror hücumunun qarşısını alıblar.

Federal prokurorluğun nümayəndəsi Mixael Ramellerin sözlərinə görə, oktyabrın 19-da axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Brandenburq federal əyalətinin Bernau və Şimali Reyn-Vestfaliya əyalətinin Sankt-Oqustin şəhərlərində axtarışlar aparıblar. Bernauda terror təşkilatına dəstək verməkdə şübhəli bilinən şəxs saxlanılıb, Sankt Avqustində isə şahid dindirilib və mümkün dəlillər ələ keçirilib.

Nəşr İŞİD terror təşkilatının tərəfdarı hesab edilən 28 yaşlı liviyalının şübhə altına düşdüyünü vurğulayır.

Qeyd olunur ki, saxlanılan şəxs 2022-ci ilin noyabrında Almaniya ərazisinə daxil olub və sığınacaq istəyib, lakin ona rədd cavabı verilib və o, Almaniyanı tərk etməli olub, lakin Bernauda qalıb.