Böyük Britaniyanın Baş naziri Kir Starmer israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışıb və İsrail Baş nazirinin Qeysəriyyə şəhəri yaxınlığındakı iqamətgahına hücumdan narahatlığını bildirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, müvafiq məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Bundan əlavə, siyasətçilərin Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi qeyd edilir.