D vitamini ürək xəstəliklərindən qoruyur?backend

D vitamini ürək xəstəliklərindən qoruyur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beth Israel Deaconess” Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, iki il ərzində D vitamini əlavələrinin qəbulu dozadan asılı olmayaraq ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, bu barədə “American Journal of Preventive Cardiology” məlumat yayıb.

D vitamini əlavələrinin ürəyə təsirini qiymətləndirmək üçün tədqiqatçılar maddənin daha yüksək dozalarının ürəyin zədələnməsini və gərginliyini göstərən qanda iki xüsusi zülalın səviyyəsini aşağı salıb-azaltmadığını araşdırıblar.

Təhlil böyüklərdə ürək-damar xəstəlikləri riskini azaltmaqda D vitamini əlavəsinin effektivliyini təsdiqləməyib. Tədqiqatçılar qeyd ediblər ki, D vitamini səviyyəsinin aşağı olması ürək xəstəliyinin erkən göstəricisi ilə əlaqələndirilir. Bununla belə, iki illik tədqiqat dövründə məqsədyönlü əlavələr, dozadan asılı olmayaraq, ürək-damar sağlamlığının heç bir əlamətinə təsir göstərməyib.