Uşaq bağçalarından milyonlar təkcə bizdə oğurlanmır – CİNAYƏT İŞİbackend

Uşaq bağçalarından milyonlar təkcə bizdə oğurlanmır – CİNAYƏT İŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Aktobe vilayətinin Xromtau və Muqaljar rayonlarında uşaq bağçalarında büdcə vəsaitlərinin oğurlanması faktının üstü açılıb.

NOCOMMENT.az xəbər verir ki, Aktobe vilayətinin prokurorluğunun məlumatına görə, işçilərə qeyri-qanuni mükafatların verilməsi yolu ilə pullar mənimsənilib. Büdcədən maliyyələşmə ilə bağlı müraciətlər əsassız olaraq şişirdilib, bağça müdirlərinə verilən mükafatlar üzrə sərəncamlar artan məbləğlərlə dəyişdirilib.

Mənimsənilən vəsaitin ümumi məbləği 240 milyon tengedən çox olub. Dələduzluq sxemlərinə əmək haqlarının normadan artıq köçürülməsi, köçürmələrin təkrarlanması və qondarma ezamiyyətlər daxildir.