Ukraynalı turist Bakıda rus dilində söyüş söydü, həbs edildibackend

Ukraynalı turist Bakıda rus dilində söyüş söydü, həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib.

NOCOMMENT.az-ın məlumatına görə, 6 avqust 1995-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş D.G. 10 gün əvvəl Bakıya turist kimi gəzməyə gəlib.

O, oktyabrın 17-də axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt emosional olduğu üçün mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb.

Ərazidə olan polis əməkdaşları özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Ukraynadakı məlum hadisələrə görə D.G. Almaniyada yaşayır. Həmin şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, D.G. 10 gün müddətinə inzibati qaydada həbs edilib.(qaynarinfo)