Aİ-nin Gürcüstanla bağlı qərar və qətnamələri daxili siyasətə müdaxilədir – RƏYbackend

Aİ-nin Gürcüstanla bağlı qərar və qətnamələri daxili siyasətə müdaxilədir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib. Bu, açıq-aşkar daxili siyasətimizə müdaxilədir və bir növ söz azadlığını məhdudlaşdırmaqdır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Onun sözlərinə görə, Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər.

“Fikrimcə, bu, bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma onlar buna nail ola bilməyəcəklər”, – deyə S.Mirzəyev vurğulayıb.

O əlavə edib ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır. Bu da ikinci cəbhənin açılmasına xidmət edir:

“Bir neçə dəfə ölkə rəhbərliyi bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsədimiz ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şərait yaratmaqdır”.

Deputat vurğulayıb ki, hakim partiya oktyabrın 26-da yüksək faizlə xalqın dəstəyini yenidən qazanacaq. Aparılan sosioloji sorğuların ilkin nəticələri bu inamı daha da artırır. Son sorğuda respondentlərin 60 faizdən çoxu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını dəstəkləyib.