Moldovada referendumun nəticələri Moskvanı qəzəbləndirdi və Avropanı şoka saldı – Tuskbackend

Moldovada referendumun nəticələri Moskvanı qəzəbləndirdi və Avropanı şoka saldı – Tusk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk Moldovada keçirilən səsvermə və referendumun nəticələrinin “Moskvanı qəzəbləndirib və Avropanı şoka saldığını” deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində məlumat verib.

“Moskvanı qəzəbləndirmək, Avropanı heyrətləndirmək, öz ölkəsini yenidən xilas etmək – bu, Maya Sandudur. Böyük lider və cəsur xalq”, – deyə Tusk bildirib.

Məlumdur ki, ilkin səslərin hesablanmasına əsasən, Moldovada keçirilən prezident seçkilərində Maya Sandu öndədir. Həmçinin referendumda seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqına daxil olmasının əleyhinə səs verib.

2024-cü il noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.