“Oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun evinə edilən hücuma görə məsuliyyəti “Hizbullah” üzərinə götürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, “Hizbullah”ın sözçüsü Məhəmməd Afif məsuliyyəti öz üzərlərinə götürdüyünü bildirib.
Eyni zamanda hərəkat bildirib ki, İsrail müharibə qaydalarını pozur.
Xatırladaq ki, oktyabrın 19-da baş nazirin evinə PUA-larla zərbələr endirilsə də, Netanyahu xəsarət almayıb.