Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan müxalifətçi deputat Qeqam Manukyanla mübahisə zamanı deyib.
“Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar, amma fakt faktlığında qalır: bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”, – A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.