Ukraynalı kişilər arasında son üç ildə İsveçrədə sığınacaq axtaranların payı artır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Dövlət Katibliyinin rəsmi nümayəndəsi Maqdalena Rast TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, İsveçrədə “müvəqqəti müdafiə” almaq istəyən ukraynalı qadınların payı getdikcə azalır.
“Bu il yanvar-sentyabr aylarında müraciətlərin 52%-i qadınlardan olub. Keçən il müdafiə üçün müraciət edənlərin 54%-i, əvvəlki il isə 65%-i qadınlar olub”, – Rast statistikaya istinadən yazıb.
Ukraynanı tərk etmə səbəblərinin sistematik şəkildə qeyd edilməməsinə baxmayaraq, sığınacaq istəyən kişilərin sayının artması 2024-cü ilin yazından etibarən səfərbərliyin artması ilə əlaqələndirilə bilər.