Ukrayna ərazisinə hərbi qulluqçuların göndərilməsi ilə bağlı bəyanatlar ağılsızlıqdır və qlobal münaqişələrlə doludur.
NOCOMMENT.az xəbər verir ki, fransalı siyasətçi, “Qalx Fransa” partiyasının rəhbəri Nikola Düpon-Enyan “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Qərbə edilən müvafiq çağırışları şərh edib.
“Bundan sonra nə olacaq? Növbəti dünya müharibəsinə sürüklənəcəyikmi? Bu çılğınlığı dayandırın!” – deyə o, Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyən respublikanın keçmiş baş naziri Manuel Valsın sözlərinə cavab verib.