Türkiyənin “Pegasus” aviaşirkəti İsrailin İrana hücumu ehtimalına görə noyabrın 1-dək İrana uçuşları dayandırıb.
NOCOMMENT.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, daha əvvəl təhlükəsizlik səbəbilə Livana uçuşları dayandıran aviaşirkət indi İrana uçuşları ləğv edib. Aviaşirkət noyabrın 1-dək İrana uçuşlar həyata keçirməyəcək.