“Bu, bütün ölkələr üçün təhlükədir” – Pezeşkianbackend

“Bu, bütün ölkələr üçün təhlükədir” – Pezeşkian

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin hesablama sistemləri bu gün deyilsə də, gələcəkdə bütün ölkələr üçün təhlükədir. 

NOCOMMENT.az xəbər verir ki, bunu Kazanda keçirilən BRİKS-in 16-cı sammitinin genişləndirilmiş sessiyası zamanı İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, BRİKS ölkələri daha ədalətli və təhlükəsiz yeni dünya nizamı yaratmağa çalışır: “Birqütblülük erası başa çatır”.

İran prezidenti vurğulayıb ki, BRİKS alternativ inkişaf yolu kimi artıq yaradılıb və yeni ölkələrin qoşulması ilə təşkilata hazırda inkişaf etməkdə olan dövlətlərin və yeni bazarların əhəmiyyətli hissəsi daxildir.

Onun fikrincə, dünya iqtisadiyyatında ABŞ dollarının rolunun azaldılması istiqamətində səylər davam etdirilməlidir. O, BRİKS-in vahid valyuta sisteminin yaradılmasını və təşkilat daxilində qarşılıqlı ticarətin asanlaşdırılması üçün elektron platformanın hazırlanmasını təklif edib: “Biz Qərbin hesablama sistemlərindən asılı olmamalıyıq, bu, bütün ölkələr üçün böyük təhlükədir”.

Xatırladaq ki, İran 2024-cü il yanvarın 1-də BRİKS-ə qoşulub.